ELM VƏ TEXNOLOGİYA


Şəffaf taxtadan hazırlanan pəncərələr daha çox istilik və işıq generasiya edə bilər

A+ A

Bakı, 28 avqust, AZƏRTAC 

ABŞ-ın Meriland Universitetinin Ceyms Klark Mühəndislik Məktəbinin bir qrup tədqiqatçısı şəffaf taxtadan hazırlanan pəncərə modelini təqdim edib.

AZƏRTAC “Science daily” saytına istinadla xəbər verir ki, bu materialdan hazırlanan pəncərələr evdə bərabər işıqlandırma və təbii istilik generasiya edir.

Tədqiqatçı qrupun rəhbəri Lianqbinq Hu bildirib ki, şəffaf taxtadan ibarət olan pəncərə ən az şüşədən hazırlanan pəncərə qədər evi işıqlandıra bilir, hətta ondan daha artıq istilik yaratmaq imkanına malikdir və zərbəyə davamlıdır. Şəffaf taxtanın hüceyrə strukturu əsl taxta parçasının tərkibi ilə eynidir. Orijinal versiyasından fərqli olaraq şəffaf taxta strukturunda yerləşən kanallar vasitəsilə günəş enerjisini bərabər paylaya bilir. Bundan əlavə, polimer tərkibə malik olması onu suya da davamlı edir.

Tədqiqatçılar artıq materialın hazırlanması üzrə patent əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.