SİYASƏT
Səfir: Cocuq Mərcanlıda yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq VİDEO
Cocuq Mərcanlı, 15 fevral, AZƏRTAC
Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox maraqlı oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova Cocuq Mərcanlıda jurnalistlərə müsahibəsində deyib.
Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzuladığını bildirib.