SİYASƏT


Səfir Erkan Özoral: Azərbaycan xalqının Türkiyəyə dəstəyi heç vaxt unudulmayacaq

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Mən 2011-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı kimi xidməti fəaliyyətimi başa vuraraq, bu ölkəni tərk etmişəm. Ancaq bu il səfir vəzifəsində yenidən Azərbaycana qayıtdım. Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bunlardan biri də media sahəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral noyabrın 7-də Azərbaycanın bir sıra aparıcı media qurumlarının təmsilçiləri ilə görüşdə deyib.

Diplomat vurğulayıb ki, bu illər ərzində Azərbaycan mediası sürətlə inkişaf edib. Bu gün Azərbaycan Televiziyası özünün 60, radiosu isə 90 illik yubileyini qeyd edir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edən səfir fəaliyyəti müddətində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağını diqqətə çatdırıb.

İyulun 15-də Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən söz açan E.Özoral Azərbaycanın qardaş ölkənin yanında yer almasından məmnunluğunu ifadə edərək bildirib: “Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələri bu hadisələrdən sonra bir daha öz təsdiqini tapdı. Bu çətin günlərdə Azərbaycan xalqının, hökumətinin Türkiyəyə verdiyi dəstək və göstərdiyi qardaşlıq münasibəti heç vaxt unudulmayacaq. Bizim dostluğumuz və qardaşlığımız əbədidir. Biz bu dəstəyi hər zaman hiss edirik. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyətim dövründə hər zaman bu prinsipə uyğun davranacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.