REGİONLAR


Səfir: Masallıda keçiriləcək Beynəlxalq Folklor Festivalına Norveçin incəsənət ustaları da qatılacaq

A+ A

Masallı, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC

Norveçin incəsənət ustaları gələn il Masallıda keçiriləcək Beynəlxalq Folklor Festivalına qatılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Masallıda səfərdə olan Norveçin ölkəmizdəki səfiri Bord İvar Svendsen rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşündə bildirib.

Görüşdə norveçli qonağa Masallının tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, turizm potensialı, əhalinin məşğulluğu barədə ətraflı məlumat verilib.

Səfir Bord İvar Svendsen Masallının gözəl təbiətə malik olduğunu vurğulayıb, gələn il Masallıda keçiriləcək Beynəlxalq Folklor Festivalına norveçli incəsənət ustalarının da qatılacağını bildirib.

Görüşdən sonra diplomat Masallı şəhərindəki Heydər Əliyev Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, Bayraq Meydanı, Azərbaycanın Dövlət Rəmzləri və Tarix-Diyarşünaslıq muzeyləri, “ASAN həyat” kompleksi, "EMBAVOOD" mebel fabriki və “İstisu” istirahət mərkəzi ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.