SİYASƏT
Səfir Möhsün Pakayin: Azərbaycan-İran əlaqələri strateji xarakter daşımağa başlayır
Tehran, 28 iyul, AZƏRTAC
Azərbaycan ilə İran arasında əlaqələr strateji xarakter daşımağa başlayır.
Bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin IRNA informasiya agentliyinə müsahibəsində deyib.
Səfir bildirib ki, bu gün iki ölkənin qarşılıqlı münasibətləri inkişaf edir. Nüvə proqramı ilə bağlı Qərb dövlətləri ilə əldə edilən razılaşmadan sonra İran qonşuları ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini xarici siyasətinin prioritet istiqaməti hesab edir. Azərbaycan İranın yaxın qonşusu olmaqla yanaşı, dost və qardaş dövlətdir.
Regionda ikitərəfli və üçtərəfli əməkdaşlığın vacibliyini qeyd edən səfir nəzərə çatdırıb ki, bu əməkdaşlıq əlaqələri təhlükəsizliyin təmin edilməsində əsas rola malikdir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran