SİYASƏT


Səfir: Rumıniya-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı üçün böyük perspektivlər var

Bakı, 22 may, AZƏRTAC 

Rumıniya ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük perspektivlər var. Enerji, nəqliyyat sahələrindəki əlaqələr hər iki ölkəni daha sıx birləşdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku jurnalistlərə açıqlamasında deyib.

Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə iyunun 17-də bu ölkənin tanınmış sənətçilərinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramının təşkil ediləcəyini bildirən səfir hər iki ölkə arasında mədəniyyət və təhsil sahələrində əlaqələrin daha geniş məcrada inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin deyib ki, mayın 23-24-də Azərbaycan Rumıniya Universitetlərarası Forumu keçiriləcək. Bu mötəbər tədbirdə Rumıniyanın tanınmış universitetlərinin rektorları iştirak edəcəklər. Forum zamanı tələbə mübadiləsinin həyata keçirilməsi, birgə seminarların, konfransların təşkili, müqavilələrin imzalanması nəzərdə tutulur. Ötən il Rumıniyada 25 azərbaycanlı tələbə təhsil alıb. Biz bu sayın daha da artmasını istəyirik.

Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu vurğulayan Dan İanku Rumıniyanın ölkəmizlə iqtisadi sahədə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. O deyib ki, SOCAR-ın Rumıniyada 30-dan çox yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi durmadan artır. Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı işlər görülür. Azərbaycanda kənd təsərrüfatı, turizm yüksək səviyyədə inkişaf edir. Bu sahələrdə əməkdaşlığı daha da genişləndirə bilərik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.