SİYASƏT


Səfır Suzan Cəmil Nuh: Misir Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir

Bakı, 21 iyul, AZƏRTAC

Misir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir. Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmalı, ərazi bütövlüyü təmin edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycanda Misirin Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

İqtisadi sahədə ölkələrimiz arasında olan əməkdaşlığa toxunan səfir əminliyini ifadə edərək qeyd edib ki, bu ilin oktyabrında Bakıda keçiriləcək Misir-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.