CƏMİYYƏT


Səhərlər duş qəbul etmək insanın yaradıcılıq potensialını artıra bilər

Bakı, 29 dekabr, AZƏRTAC

Harvard Universitetinin psixoloqlarının son tədqiqatı insanın səhər duş qəbul etməsinin onun əqli durumuna təsirini üzə çıxarıb.

AZƏRTAChealthvesti.com” saytına istinadla xəbər verir ki, amerikalı tədqiqatçıların fikrincə, səhər duş qəbulu insanın yaradıcılıq potensialını yüksəltmək, axşam duşu isə yuxu problemi olan insanlara gərgin iş günündən sonra kömək etmək imkanına malikdir.

Mütəxəssislərin sözlərinə görə, səhərlər duş qəbulu idrak prosesini yaxşılaşdırır, buna görə də insan beynində yeni ideyalar tez formalaşır. Axşam duş qəbulu isə bədənin temperaturunu tənzimləyir, yuxuya getməni asanlaşdırır. Duş qəbulundan və ya vannadan sonra bədənin temperaturunun tez soyuması yuxunun təbii stimulyatoru hesab edilir.

Duş qəbulu zamanı suyun temperaturu mühüm əhəmiyyət daşıyır. İsti duş insanın özünü yaxşı hiss etməsinə kömək etsə də, mütəxəssislər ilıq duşu məsləhət görürlər. Bu, dəri üçün daha faydalıdır. Bundan başqa, çox isti su dəridə nəmliyi azalda bilər və ondan təbii yağ birləşmələrini çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.