REGİONLAR


Şəhid Toğrul Fərəczadənin xatirəsi anılıb

A+ A

Ağsu, 10 noyabr, AZƏRTAC 

Ağsunun Bico kəndində şəhid Toğrul Habil oğlu Fərəczadənin vaxtilə təhsil aldığı tam orta məktəbdə anadan olduğu gün münasibətilə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin əməkdaşları, rayon təhsil şöbəsinin işçiləri, kənd tam orta məktəbinin kollektivi, rayon ziyalıları, şəhidin yaxınları iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edənlər şəhid Toğrul Fərəczadənin vətən sevgisindən danışıb, yaxınlarına Allahdan səbir diləyiblər.

Məktəblilərin ifasında şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Sonra şəhidlərin xatirəsinə dualar oxunub.

Sonda iştirakçılar kənd qəbiristanlığına gələrək şəhidin məzarı üzərinə əklil və gül dəstələri qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.