REGİONLAR


Şəhid kimyaçıların xatirəsi əbədiləşdirilib

A+ A

Sumqayıt, 31 avqust, Ətrabə Rzayeva, AZƏRTAC 

Avqustun 31-də “Azərikimya” İstehsalat Birliyi tərəfindən şəhid kimyaçıların xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Etilen-polietilen zavodunun qarşısındakı meydançada torpaqlarımızın müdafiəsi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksinin açılışında şəhidlərin ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, Milli Məclisinin deputatları Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilov iştirak ediblər.

Tədbiri Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, mərasimin Qubadlının işğalı gününə təsadüf etdiyini vurğulayıb və torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şəhid atası, vaxtilə kimya sənayesində çalışmış Valeh Axundov və Etilen-polietilen zavodunun direktoru Oktay Niftəliyev tərəfindən Azərbaycanın dövlət bayrağı qaldırılıb, şəhərin 11 saylı tam orta məktəbi şagirdlərinin ifasında Azərbaycan himni səsləndirilib.

Tədbirdə Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə, Sumqayıt Tarixi Muzeyinin direktoru Olya İslamova çıxış edərək ordu quruculuğu istiqamətində həyata keçirilən işlərdən, Azərbaycan əsgərinin yüksək döyüş ruhundan söhbət açıblar.

Şəhid ailələri adından Pərvanə Babaşova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Sonra xatirə kompleksinin önünə əklillər qoyulub, tər qərənfillər düzülüb və şəhidlərin ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.