REGİONLAR


Şəhid polkovnikin xatirəsi anılıb

A+ A

Şəmkir, 2 noyabr, Famil Quliyev, AZƏRTAC

Bu il aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun 40 yaşı doğulub boya-başa çatdığı Şəmkir rayonunun Şiştəpə kəndində qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mərasimə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabitləri, şəhidin yaxınları və kənd sakinləri qatılıblar.

Əvvəlcə şəhid polkovnikin məzarı ziyarət olunub. Çıxış edənlər Vüqar Yusifovun şərəfli və keşməkeşli döyüş yoluna nəzər salıblar.

Tədbirdə məktəblilərin hazırladığı “Səni unutmamalıyıq” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.