REGİONLAR


Şəhid zabit Raqub Orucovun xatirəsinə həsr olunmuş futbol turniri başa çatıb

A+ A

Ağdam, 12 iyul, AZƏRTAC

Aprel ayında Ağdam rayonunda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Raqub Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda 7-si rayonun cəbhəyanı kəndlərini, biri isə ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 8 komanda iştirak edib. Bir həftə davam edən turnir iyulun 12-də şahid zabitin doğum günü başa çatıb. Final yarışda rayonun Bənövşələr qəsəbəsinin və N saylı hərbi hissənin komandaları mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bənövşələr qəsəbəsinin komandası 3:2 hesabı ilə qalib gəlib.

Birinci, ikinci və üçüncü yerə çıxan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib. Birinci yerin qalibi olan Bənövşələr qəsəbəsinin komandası layiq görüldükləri kuboku hərbi hissəyə bağışlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.