REGİONLAR
Şəhid zabit Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilir
Ağdam, 3 iyul, AZƏRTAC
Ağdam rayonunda ötən ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda rayonun 18 cəbhəyanı kəndini, 4 məcburi köçkün qəsəbəsini və ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 12 komanda iki qrupda mübarizə aparır. Qrupdaxili oyunların nəticələrinə görə birinci və ikinci yerləri tutan komandalar finalda qarşılaşacaq.
Turnir iyulun 12-də şəhid zabitin doğum günü başa çatacaq. Birinci, ikinci və üçüncü yerə çıxan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim ediləcək.