REGİONLAR


Şəhid zabitin təltif olunduğu medal oğluna təqdim edilib VİDEO

A+ A

Qax, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Cəbhə bölgəsində düşmənin mövqelərimizə hücumu zamanı şəhid olan Silahlı Qüvvələrimizin zabiti, baş leytenant Abdulla Molla oğlu Mollayevin təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal dekabrın 6-da, şəhidin il mərasimində onun iki yaşlı oğluna təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Qax rayonunun Qaxbaş kəndində təşkil olunan mərasimdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Qax şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhid Abdulla Mollayevin məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhidin doğulub boya-başa çatdığı kənddə təşkil edilən mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışıblar. Qeyd olunub ki, Vətən torpağının düşməndən azad olunması uğrunda şəhid olan baş leytenant Abdulla Mollayevin qısa, lakin mənalı ömür yolu gənclərə daim örnəkdir və şəhidin əziz xatirəsi heç vaxt yaddaşlardan silinməyəcək.

Şəhidin atası Molla Mollayev oğlunun Vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini söyləyib.

Sonra şəhidin layiq görüldüyü medal onun iki yaşlı oğlunun sinəsinə taxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.