QAN YADDAŞI


“Şəhidlər unudulmaz, hər zaman anılar” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib

Naxçıvan, 19 yanvar, AZƏRTAC

Naxçıvan şəhərindəki Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar VII-XI sinif şagirdləri arasında keçirilən “Şəhidlər unudulmaz, hər zaman anılar” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qızıllı Əliyeva müsabiqənin keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verib, onlara uğurlar arzulayıblar.

Sonra müsabiqə iştirakçıları şəhidlərimizə və 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndiriblər.

Münsiflər heyətinin qərarına əsasən, 15 nömrəli tam orta məktəbin şagirdi Aytac Əliyeva I yerə, 10 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Həmidova II yerə, 1 nömrəli tam orta məktəbin şagirdi Bayram Tahirov isə III yerə layiq görülüblər.

Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.