QAN YADDAŞI


Şəhidlərimizin əbədi uyuduğu məkanı daim ziyarət etmək hər kəsin borcudur

Bakı, 20 yanvar, AZƏRTAC

Şəhidlərimizin əziz xatirəsinə öz ehtiramlarını bildirmək üçün paytaxtın yüz minlərlə sakini, yaşlılar, gənclər, uşaqlar, hər kəs Şəhidlər xiyabanına axışır. Şəhidlərimizin əbədi uyuduğu məkanı daim ziyarət etmək hər kəsin borcudur.

Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edən Mirəli Həsənov AZƏRTAC-a müsahibəsində deyib.

M.Həsənov qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. 20 Yanvar faciəsi bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biridir. Biz gənclər heç vaxt bu cür qanlı hadisələrin Azərbaycan tarixində bir daha təkrarlanmasına yol verməyəcəyik. Vətənini, torpağını sevən Qanlı Yanvar gününü heç zaman unutmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.