QAN YADDAŞI
Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri Azərbaycan xalqı üçün hər şeydən əvvəl qeyrət məktəbidir. Burada yatan şəhidlər xalqımız üçün canlarını qurban veriblər. Onlar Azərbaycan dövlətinin müstəqilliyi uğrunda canlarını fəda ediblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Bakı şəhərinin sakini Hacı Rafiq Əliyev deyib.
O bildirib ki, hər bir Azərbaycan vətəndaşı canlarını Vətən yolunda, onun azadlığı uğrunda fəda etmiş şəhidlərimizin qədrini bilməlidir. Həmçinin anlamalıyıq ki, bizim yeganə çıxış yolumuz dövlətimizin ətrafında birləşmək, dövlətçiliyimizi müdafiə etmək, onu möhkəmləndirməkdir.
“Biz xarici dövlətlərin təhriki ilə Azərbaycan torpaqlarına göz dikən erməniləri də tezliklə yerində oturdacağıq və mən əminəm ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Gələcək nəsillərimiz isə Şəhidlər xiyabanını ən böyük və ən müqəddəs ziyarət mənbəyi kimi tanıyacaqlar”, - deyə Rafiq Əliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]