QAN YADDAŞI
Şəhidlərin xatirəsi metronun “20 Yanvar” stansiyasında da yad edilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Ümumxalq hüzn günündə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi də paytaxt sakinlərinin ziyarətgahına çevrilmişdir.
AZƏRTAC xəbər verir ki, Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri abidə kompleksinin önünə əklil qoymuş, gül düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Metronun “20 Yanvar” stansiyasının əməkdaşları stansiyada qərənfillərlə matəm kompozisiyası qurmuşlar. Metrodan istifadə edən insanlar kompozisiyanın qarşısında dayanaraq şəhidlərin xatirəsinə ehtiramlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]