SİYASƏT


Şəhidlərin xatirəsinə ehtiram

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 29-da Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Belarus Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.