SİYASƏT
Şəhidlərin xatirəsinə ehtiram
Bakı, 18 sentyabr (AZƏRTAC). Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 18-də Şəhidlər xiyabanında olub.
Baş nazir Milo Cukanoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Hörmətli qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Monteneqronun Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.