CƏMİYYƏT
Səhiyyə Nazirliyi: 4 ay ərzində könüllü qanvermə aksiyalarında 4687 nəfər iştirak edib
Bakı, 5 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin iyun–sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Zaqatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak edib.
Tədarük olunan qan və komponenlərindən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.