CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Bu il 260 nəfərdə qaraciyər sirrozu aşkarlanıb

A+ A

Bakı, 28 iyul, AZƏRTAC 

Bu ilin birinci yarımilində hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Səhiyyə Nazirliyində yaradılmış xüsusi komissiyaya 1388 müraciət (tibbi sənədlər) daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata görə, komissiyada iyunun 30-dək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciətə baxılıb. Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı 990 nəfər təşkil edib.

Hepatit B virusunun sağlam daşıyıcıları 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyası 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyası 77 nəfər, qaraciyər sirrozundan əziyyət çəkənlərin sayı 260 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.