CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Hazırda 100-dən çox uşaq koxlear implantasiya üçün siyahıya alınıb

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycanda koxlear implantasiya əməliyyatları uğurla icra olunur. Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə bu əməliyyatın icrasına dair əmr imzalayıb. Əmrə əsasən, koxlear implantasiya əməliyyatlarına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə komissiya yaradılıb.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, komissiya indiyə kimi 250-dən çox lal-kar uşağı qeydiyyata alıb. Artıq indiyədək Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 18 uşaq üzərində uğurla koxlear implantasiya əməliyyatları aparılıb. Hazırda 100-dən çox uşaq koxlear implantasiya üçün siyahıya alınıb və Səhiyyə Nazirliyinin dəstəyi ilə əməliyyatların icrası davam edir.

Maliyyə baxımından çox baha başa gələn bu əməliyyatlar dövlət hesabına icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.