Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səhiyyə Nazirliyinin baş onkoloqu: Onkologiya sahəsində sanballı nəticələrə nail olmuşuq

Bakı, 3 fevral, Əziz Məmmədov, AZƏRTAC

Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Ancaq xərçəng xəstəliklərinin sayının artması, demək olar, ölkə əhalisinin sayının artması ilə yanaşı gedir. Əhalinin sıxlığının çoxaldığı yerlərdə təkcə onkoloji xəstəliklərin deyil, həm də digər xəstəliklərin statistikası yüksələn xətt üzrə gedir. Əgər qonşu ölkələrin statistik məlumatları ilə müqayisə olunsa, respublikamızda xərçəng xəstəliyinə tutulmuş insanların sayının bir o qədər də çox olmaması üzə çıxar. Ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması onkoloji xəstələrin sayının artmasında əsas rol oynayır. Nəzərə almaq lazımdır ki, ətraf mühitin çirklənməsi onkoloji xəstəliklərlə bərabər, başqa xəstəliklərin də əmələ gəlməsinə rəvac verir. Xərçəng şişi erkən mərhələdə aşkar ediləndə müvəffəqiyyətlə müalicə olunur, lakin dünya praktikasında onkoloji xəstəliklərin əmələ gəlməsinin dəqiq səbəbləri indiyə qədər müəyyən edilməyib. Dünyada canlı nə varsa, hamısı kimi, xəstəliklər də təkamül prosesi keçməyə davam edir. Bu məsələyə fəlsəfi nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Axı təbiətin özü də başdan-başa fəlsəfədir.

Bu sözləri Ümumdünya Xərçəng Xəstəliklərinə qarşı Mübarizə Günü ərəfəsində Milli Onkologiya Mərkəzinin (MOM) baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Xəstəliyin erkən mərhələsində həkimə müraciət etməyi məsləhət görən baş onkoloq bildirib ki, bu, xərçəngin bəzi formalarından şəfa tapmaq ehtimalını xeyli artırır. O deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında çox vaxt süd vəzisi, kişilər arasında ağciyər, traxeya və bronxların xərçənginə təsadüf olunur. Bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur. Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var. Xoşbəxtlikdən, yaşlılarla müqayisədə uşaqlar çox vaxt bu xəstəliklərdən müalicə olunurlar. İnanın mənə, xərçəng sözündən qorxmaq lazım deyil, çünki erkən mərhələdə xəstəlik müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirləri vacib sayıram, xanımlara 35-40 yaşından sonra mammoqrafiyadan keçməyi məsləhət görürəm. Mammoqrafiya süd vəzisi xərçənginin üzə çıxarılmasının ən müasir və dəqiq metodudur. Xərçəng elə bir xəstəlikdir ki, ondan hələ heç kəs sığortalanmayıb. İnsanlarda belə bir rəy formalaşıb ki, onkologiya diaqnozu həyatın üstündən xətt çəkmək deməkdir. Bu diaqnozla bir neçə on il yaşayan insanların sayı az deyildir. Özünüzü bu xəstəlikdən qorumaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, bütün dünyada ancaq şiddətlənəndə və III-IV mərhələyə keçəndə xəstəlikdən xəbər tuturlar. Yeri gəlmişkən, xəstəliyə qarşı mübarizədə bütün məsuliyyəti onkoloqların üzərinə qoymaq olmaz. Son vaxtlar xərçəngə qarşı mübarizədə maarifləndirmə işinin yaxşılaşmasına baxmayaraq, telekanallar da bu işdə fəal iştirak etməli, onkoloji xəstəliklər barədə əhalini daha geniş məlumatlandırmalıdırlar. Məsələn, bəzi insanlar ölkədə Uşaq Onkoloji Klinikasının fəaliyyətindən xəbərsizdir. Bundan əlavə, biz rayonlara gedəndə maraqlı hallarla üzləşirik. İnsanlar xəstəliyi ən böhranlı vəziyyətə çatdırırlar. Mən bu insanları qınaya bilmərəm, çünki bütün bunlar məlumatsızlıqdan irəli gəlir”.

Baş onkoloq Azərbaycanda onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində görülən tədbirlərə də toxunaraq deyib: “Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi addımlar atılıb və bu iş planauyğun şəkildə davam etdirilir. Onkologiya sahəsində sanballı nəticələrə nail olmuşuq. Milli Onkologiya Mərkəzi Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində hazırda ən müasir tibbi texnika, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin edilməsi ilə bağlı problemlər bu şəkildə aradan qaldırılıb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan MOM-u artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları yüksək keyfiyyətli onkoloji xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını aparır, xəstələri ən müasir cərrahi metodlar, şüa terapiyası və dərman preparatları ilə müalicə edir, mövcud müalicə metodlarını daha da təkmilləşdirmək məqsədi ilə irimiqyaslı elmi araşdırmalara geniş yer verirlər. MOM ilə ABŞ-ın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyalar layihələndirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-cü il oktyabrın 8-də imzalanmış əməkdaşlıq haqqında Saziş son illərin nailiyyətlərindəndir. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi referens-mərkəz statusu verilib. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişlənməsinə, müasir texnologiyaların Azərbaycana daha tez gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsinin aparılmasına imkanlar yaradır. Bununla yanaşı, həmin Saziş Milli Onkologiya Mərkəzində xəstələrə göstərilən xidmətlərin səviyyəsinin yüksək olduğunu dünyanın digər aparıcı klinikaları tərəfindən qəbul edildiyini göstərir. 2015-ci ilin noyabrında MOM və M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Hazırda akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi ölkə əhalisinə göstərilən ixtisaslaşdırılmış onkoloji yardım üzrə elmi-metodik və profilaktiki işlərin əlaqələndirilməsi ilə məşğul olan baş strukturdur. Milli Onkologiya Mərkəzi yerli və xarici alimlər, ayrı-ayrı sahələrin tədqiqatçıları və həkimləri arasında əlaqələr yaratmaq, elmin və tibbin qarşılıqlı əlaqədar sahələrinin ən müasir nailiyyətlərini müzakirə etmək məqsədi ilə beynəlxalq elmi-praktik konfranslar keçirir. Məsələn, Türkiyə Tibbi Onkoloji Birliyinin və Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə 2015-ci ilin sentyabrında və 2016-cı ilin oktyabrında Bakıda Azərbaycan-Türkiyə Onkoloji Günləri keçirilib. Bu il biz Türkiyədə III Türkiyə-Azərbaycan Onkoloji Günlərinin keçirilməsini planlaşdırırıq. Tədbir çərçivəsində Türkdilli Ölkələrin Onkoloqları Cəmiyyətinin yaradılması məsələsini müzakirə etmək niyyətindəyik.

Bakıda Milli Onkologiya Mərkəzi ilə yanaşı, bölgələrdə onkoloji dispanserlər fəaliyyət göstərir. Bu tibb ocaqları müasir avadanlıq və dərman preparatları ilə təmin edilib. Son illər Azərbaycanda gənc həkimlər arasında onkologiyanın öyrənilməsinə, bu sahədə təcrübə qazanılmasına və biliklərin təkmilləşdirilməsinə maraq artıb və bu da bizi sevindirməyə bilməz”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Qobustan qoruğunun direktoru: Belə tədbirlər qədim abidələrimizin dünyada təbliğinə geniş fürsət yaradır

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO