CƏMİYYƏT


Səhiyyə naziri Ağdaşda vətəndaşları qəbul edəcək

Bakı, 13 oktyabr, AZƏRTAC

Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 14-də saat 11:00-da Ağdaş Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda nazir tərəfindən Ağdaş, Yevlax, Goranboy rayonları və Mingəçevir şəhəri sakinlərinin səhiyyə sahəsinə dair şikayət və müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.