CƏMİYYƏT


Səhiyyə naziri Ağdaşda vətəndaşları qəbul edib

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli istiqamətində tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq oktyabrın 14-də Ağdaş Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Qəbul zamanı nazir tərəfindən Ağdaş, Yevlax, Goranboy rayonları və Mingəçevir şəhəri sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.