CƏMİYYƏT
Səhiyyə naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması istiqamətində tədbirlər görülür.
İyulun 1-də səhiyyə naziri Oqtay Şirəliyev qrafikə uyğun olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan 16 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.