İDMAN


Şəhriyar Məmmədyarov FIDE “Qran-pri 2017” seriyasının birinci mərhələsində yarışa qatılacaq

Bakı, 17 fevral, AZƏRTAC 

FIDE “Qran-pri 2017” seriyasının birinci mərhələsi fevralın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində başlanacaq.

AZƏRTAC xəbər verir ki, yarışlar İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Qalib adı uğrunda 18 qrossmeyster, o cümlədən Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mübarizə aparacaq.

Turnirin mərhələləri mayın 11-21-də Rusiyanın Moskvada, iyulun 5-16-da Cenevrədə, noyabrın 15-26-da Palma de Mayorka şəhərlərində keçiriləcək. “Qran-pri 2017” seriyasında 24 qrossmeyster, hər turnirdə 18 şahmatçı iştirak edəcək. Birinci və ikinci yeri tutan şahmatçılar iddiaçılar turnirində iştirak edəcəklər. Bu turnirdə hələ ki rusiyalı şahmatçı Sergey Karyakinin iştirak etmək hüququna malikdir.

Hər mərhələnin mükafat fondu 130 min avro təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.