İDMAN


Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasından turnirdə mübarizəyə başlayır

Bakı, 20 iyun, AZƏRTAC

Sabah Parisdə şahmat üzrə “Grand Chess Tour” seriyasının birinci mərhələsi start götürür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da turnirə dəvət edilib. On şahmatçı bir dövrə rapid və 2 dövrə blits turnirlərdə mübarizə aparacaq.

İyunun 21-dən 23-dək rapid üzrə (hər biri 25 dəqiqə + 10 saniyə), iyunun 24-dən 25-dək blits (hər biri 5 dəqiqə + 3 saniyə) turnirlər keçiriləcək.

Turnirdə Ş. Məmmədyarovla bərabər, dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) iştirak edirlər. Rapid turnirində hər bir qələbəyə görə 2 xal, heç-heçəyə görə 1 xal, blitsdə hər bir qələbəyə görə 1 xal, heç-heçəyə görə 0,5 xal verilir.

Turnirin ümumi mükafat fondu 150 min dollardır.

2017-ci ildə “Grand Chess Tour” seriyası beş mərhələdə keçiriləcək: 20-25 iyun, Paris, Fransa (rapid və blits), 26 iyun – 3 iyul, Belçika (rapid və blits), 31 iyul – 12 avqust, Sent-Luis, ABŞ (klassik şahmat), 13-20 avqust, Sent-Luis, ABŞ (rapid və blits), dekabr, London, Böyük Britaniya (klassik şahmat).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.