İDMAN
Şəhriyar Məmmədyarov: Yenidən iddiaçılar turnirinə vəsiqə qazanmağı çox istərdim
Bakı, 2 oktyabr (AZƏRTAC). Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda start götürən “Qran-pri” turniri barədə fikirlərini jurnalistlərlə bölüşərək deyib: “Paytaxtımızda belə turnirin start götürməsi şahmatçıları sevindirir. Həm mən, həm də həmkarım Teymur Rəcəbov ümidləri doğrultmağa çalışacayıq. Heyətə baxarkən “Qran-pri”də güclü şahmatçıların mübarizə apardığını görürük. Bununla belə, yenidən iddiaçılar turnirinə vəsiqə qazanmağı çox istərdim. Dörd mərhələdən ibarət “Qran-pri” turnirində ilk iki yeri tutacaq şahmatçılar iddiaçılar turnirində yarışmaq imkanı qazanacaq”.
Qeyd edək ki, Ş.Məmmədyarovun “Qran-pri” turnirində ilk rəqibi məhz digər azərbaycanlı şahmatçı Teymur Rəcəbovdur. “İlk turda Teymurla görüşə gəldikdə biz bir-birimizi yaxşı tanıyırıq. Şahmatsevərləri maraqlı partiya gözləyir”, - deyə Azərbaycan millisinin kapitanı əlavə edib.