İDMAN
Şəhriyar Məmmədyarovla Maykl Adamsın görüşü heç-heçə başa çatıb
Şəmkir, 26 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Bu gün Şəmkirdə Vüqar Həşimov Memorialının yekun turunda maraqlı oyunlar gedir.
AZƏRTAC xəbər verir ki, yekun turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və Böyük Britaniya nümayəndəsi Maykl Adams öz partiyalarını birinci başa çatdırıblar. Oyun təqribən iki saat davam edib və 270-ci gedişdən sonra rəqiblər heç-heçəyə razılaşıblar. Yekun tur ərəfəsində Azərbaycan qrossmeysterinin 3,5, ingilis şahmatçının isə 3 xalı vardı. Qeyd edək ki, nə Ş.Məmmədyarov, nə də M.Adams qələbə qazansaydı belə mükafatçılar sırasına düşə bilməyəcəkdi.
Maqnus Karlsen (Norveç) - Rauf Məmmədov (Azərbaycan), Fabiano Karuana (İtaliya) – Vişvanatan Anand (Hindistan), Aniş Giri (Hollandiya) – Vladimir Kramnik (Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (Amerika) partiyaları hələ davam edir.