DÜNYA


Səhvən milyonlarla bal arısı məhv edilib

A+ A

Bakı, 3 sentyabr, Günel Məlikova, AZƏRTAC

Zika virusunun yayılması səbəbindən Cənubi Karolinanın Dorçester dairəsində sahələrin dərmanlanması nəticəsində üç milyona yaxın bal arısı məhv edilib.

AZƏRTAC “National Geographic” saytına istinadla xəbər verir ki, son zamanlar bu ştatda ağcaqanad dişləməsi nəticəsində 40-a yaxın Zika virusuna yoluxma faktı qeydə alınıb. Bu səbəbdən yerli hakimiyyət orqanlarının əmri ilə virus daşıyıcısı olan ağcaqanadları məhv etmək məqsədilə 38 kvadrat kilometrlik sahəyə güclü insektisid səpilib. Ətraf mühiti qorunması üzrə milli agentlik tərəfindən dərmanın arılar üçün təhlükəli olduğu bildirilib. Bu səbəbdən dərmanlamanın gecə saatlarında aparılması tövsiyə edilib. Buna baxmayaraq bilinməyən səbəblərdən dərmanlama səhər saat 6-8 radələrində aparılıb.

Arıçılar yuxudan ayıldıqda artıq çoxillik ailə bizneslərinin faktiki məhv edildiyinə şahid olublar.

Yerli hakimiyyət orqanları onlardan rəsmən üzr istəsələr də, arıçılar bunun kompensasiyasının olmadığını bildiriblər. Belə ki arıların kütləvi məhvi arıçılara maddi ziyanla yanaşı, mənəvi-psixoloji təsir də göstərib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.