MƏDƏNİYYƏT


Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi qeyd olunacaq

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 21-də AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək tədbir Mədəniyyət və Turizm Nazirliyi və AzTV-nin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə orkestrin yaranmasından, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyətindən də söz açılacaq.

Konsertdə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.