MƏDƏNİYYƏT


Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi qeyd olunacaq

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və AzTV-nin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə orkestrin yaranmasından, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyətindən söz açılacaq.

Konsertdə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.