MƏDƏNİYYƏT


Səidə Zülfüqarovanın Parisdə konserti olub

Paris, 20 iyul, AZƏRTAC

Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında “Bütün istiqamətlərdə musiqilər” adlı konserti olub.

Azərbaycanlı pianoçunu Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) müşayiət ediblər. Konsertdə C.Kaççini, G.Hendel, L.Betxoven, A.Rubinşteyn, P.Çaykovski, R.Adler, J.Ross, G.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndirilib.

Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub.

2012-ci ildə piano müəllimi dövlət diplomunu alan S.Zülfüqarova Sorbon Universitetində xorda akompanyatris, İl de Fransın Bayi Romanvilye musiqi məktəbində və Provans vilayətinin Pauline Viardot Konservatoriyasında müəllim işləyib. Yuxarı Sena departamentinin Qarş bələdiyyəsi Konservatoriyasının piano müəllimi Səidə Zülfüqarova Fransanın Dövlət Diplomuna layiq görülüb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.