CƏMİYYƏT
Şəkər və karbohidratlar piylənməyə səbəb olur
Bakı, 24 aprel, AZƏRTAC
Britaniya kardioloqları bildirilər ki, piylənmənin əsas səbəbi heç də az hərəkətli həyat tərzi deyil, şəkər və karbohidratlarla qidalanmaqdır.
Böyük Britaniya alimləri əmindirlər ki, indiki piylənmə epidemiyasının əsas səbəbi düzgün qidalanmamaqdır. AZƏRTAC “rosbalt.ru” saytına istinadən xəbər verir ki, son 30 ildə piylənmənin səviyyəsi sürətlə artıb, fiziki hərəkətlərin səviyyəsi isə cüzi dəyişib. Bu isə o deməkdir ki, piylənməni idmanla məşğul olmamaq deyil, məhz şəkər və karbohidratlar inkişaf etdirir. Kardioloqlar hesab edirlər ki, artıq çəkidən azad olmaq üçün insanlara yanlış məsləhətlər verirlər. Əsas diqqəti idmana deyil, düzgün qidaya yönəltmək lazımdır.
Hazırda Böyük Britaniyada yaşa dolmuş insanların 25 faizi piylənmədən əziyyət çəkir. Mütəxəssislər vurğulayırlar ki, buna qarşı mübarizə aparmaq üçün idmanla məşğul olmaqdansa, düzgün qidalanmaq lazımdır. Əlbəttə, idmanla da məşğul olmaq lazımdır. Amma birinci dərəcəli məsələ sağlam qidadır.