REGİONLAR


Şəki Beynəlxalq Teatr Festivalında Coakkino Rossininin “Seviliya bərbəri” əsəri oynanılıb VİDEO

A+ A

Şəki, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı teatrsevərləri və şəhərin qonaqlarını bir-birindən maraqlı tamaşalarla sevindirməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, təşkilatçılar balaca tamaşaçıları da yaddan çıxarmayıb, festivalın proqramına iki uşaq tamaşası daxil ediblər.

Sentyabrın 20-də Gürcüstanın Nodar Dumbadze adına Proffessional Dövlət Gənclər Teatrı balaca tamaşaçılara Coakkino Rossininin “Seviliya bərbəri” əsərini təqdim edib.

Canlı aktyorların və kukla personajların birlikdə rol aldıqları tamaşanın quruluşçu rejissoru Beso Kupreişvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Zviad Qaqloşvili və Quri Zakareişvilidir.

Tamaşada əsas rolları Denis Xlibov, Edmond Qabedava, Nino Papiaşvili və başqaları canlandırıblar.

Səhnə əsəri balaca tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda teatrın kollektivinə festivalın təşkilatçıları adından xatirə hədiyyəsi təqdim olunub.

Festival çərçivəsində sentyabrın 20-də daha bir tamaşa Mingəçevir Dövlət Dram Teatrında oynanılıb. Azərbaycan Dövlət Rus Dram Teatrı mingəçevirli tamaşaçılara Nizami Gəncəvinin “Yeddi gözəl” əsərini təqdim edib.

Sentyabrın 21-də Şəki teatrının səhnəsində gündüz saatlarında Azərbaycan Dövlət Kukla Teatrının, axşam isə Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaları oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.