REGİONLAR


Şəki Dövlət Dram Teatrı Şamaxıda

A+ A

Şamaxı, 5 iyul, AZƏRTAC 

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı kollektivi Şamaxıda teatrsevərlərə Əhməd Orucoğlunun “Oğru” komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.

AZƏRTAC xəbər verir ki, Əbülfət Salahovun quruluş verdiyi tamaşada düz yoldan yayınan, evlərə qənim kəsilən oğrunun başına gələn əhvalatlardan bəhs edilir.

Səhnə əsərində əsas rolları Əməkdar Artist İqrar Salamov, aktyorlar Xanlar Həşimzadə, Brilyant Babayeva, Çinarə Səmədova və başqaları ifa ediblər.

Rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilən tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.