REGİONLAR


“Şəki-İpək” ASC indiyədək istehsalçılardan 215 tona yaxın yaş barama tədarük edib

Şəki, 12 iyun, Mustafa Dadaşov, AZƏRTAC

“Şəki-İpək” ASC tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında istehsalçılardan barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 214 ton 500 kiloqram yaş barama qəbul olunub.

Bu barədə AZƏRTAC-a “Şəki-İpək” ASC İdarə Heyətinin sədri Nizami Qəribov məlumat verib.

Rayonlardan tədarük olunan barama əvvəlcə müəssisənin xammal şöbəsinə gətirilir, çeşidlənir, baramanın boğulması prosesi aparılır və yaş barama qurudulmaq üçün yenidən tərəcələrə yığılır.

Səhmdar Cəmiyyətin rəhbərinin bildirdiyinə görə, iyulun əvvəlindən etibarən müəssisənin baramaaçan istehsalatı fəaliyyətə başlayacaq.

Xatırladaq ki, kümçülərə istehsal etdikləri yaş barama məhsulunun hər kiloqramına görə dövlət tərəfindən subsidiya şəkilində 5 manat, “Şəki-İpək” ASC tərəfindən isə 4 manat olmaqla, ümumilikdə, 9 manat ödənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.