SİYASƏT


Şəki Sərhəd Dəstəsində dövlət müstəqilliyimizin 25 illiyi qeyd olunub VİDEO

A+ A

Şəki, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət müstəqilliyinin əldə edilməsindən ötən 25 il Azərbaycan tarixinin mürəkkəb, eyni zamanda ən şərəfli dövrüdür. Ulu öndər Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızı keçid dövrünün ağır sınaqlarından məharətlə çıxarıb. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində ötən müddət ərzində Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə oktyabrın 14-də Şəki Sərhəd Dəstəsində keçirilən təntənəli mərasimdə səsləndirilib.

Şəxsi heyətin, əsgər valideynlərinin, yerli hüquq-mühafizə orqanları rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə müstəqillik tariximizə nəzər salınıb, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edilib.

Mərasimin əvvəlində təntənəli marşın sədaları altında meydana hərbi hissənin döyüş bayrağı gətirilib, Dövlət Himni səsləndirilib.

Sonra 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin sərhədçilərə təbrik məktubunun mətni oxunub.

Hərbi hissənin komandiri polkovnik-leytenant Müzəffər Pirizadə şəxsi heyəti əlamətdar bayram münasibətilə təbrik edərək bildirib ki, ölkəmizin regionda və dünya birliyində nüfuzu artdıqca, sərhədlərimizin daha möhkəm qorunması, qazanılmış uğurların daxili və xarici təhdidlərdən müdafiə olunması, təhlükəsizliyimizin təmin edilməsi daha böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sərhədlərimizin qorunması işini daim diqqət mərkəzində saxlayır, Dövlət Sərhəd Xidmətinə yüksək qayğı göstərir.

Tədbirdə vurğulanıb ki, son illərdə dövlətimizin başçısının sərhədçilərlə çoxsaylı görüşləri, şəxsi heyətin xidməti-döyüş fəaliyyəti ilə şəxsən maraqlanması, sərhədlərimizin mühafizəsi işinin təkmilləşdirilməsi və beynəlxalq standartlar səviyyəsinə qaldırılması üçün müvafiq qərarlar verməsi Dövlət Sərhəd Xidmətinin fəaliyyətində öz bəhrəsini konkret şəkildə göstərir. Yeni sərhəd infrastrukturunun yaradılması, müasir texnika və avadanlıqla təminat, təkmilləşdirmə prosesləri uğurla davam etdirilir.

Təbrik və çıxışlardan sonra hərbi hissənin xidmətdə fərqlənən bir qrup zabit və əsgərinə mükafatlar təqdim olunub.

Mərasim hərbi hissənin şəxsi heyətinin marş sədaları altında tribuna önündən təntənəli hərbi keçidi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.