MƏDƏNİYYƏT


Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında

Bakı, 21 iyun, AZƏRTAC

İyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçiriləcək.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, Azərbaycandan Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsi Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer alıb.

Xatırladaq ki, ölkəmizin müvafiq təklifini UNESCO-nun Dünya İrsi Komitəsi gözdən keçirmiş və müraciətə düzəlişlər edilmək üçün Azərbaycan tərəfinə qaytarmış, 2016-cı ilin fevralında isə Azərbaycan tərəfi müvafiq düzəlişləri tamamlayaraq təklifi UNESCO-ya təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.