REGİONLAR
Şəki-Zaqatala bölgəsində IX sinif şagirdləri üçün buraxılış imtahanları uğurla başa çatıb
Şəki, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarında və Mingəçevir şəhərində orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Regional bölmədən AZƏRTAC-a bildiriblər ki, imtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda, ümumilikdə, 17 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 8179 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 55 imtahan rəhbəri və 728 nəzarətçi-müəllim cəlb olunub.
Bütün imtahan mərkəzlərində IX siniflər üçün buraxılış imtahanları təlimata uyğun, şəffaf və ədalətli şəraitdə keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]