CƏMİYYƏT


Şəki-Zaqatala regionunun ekoloji, iqtisadi və sosial problemləri gənclərin iştirakı ilə müzakirə olunub

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

“Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyi Balakən, Zaqatala və Qax rayonlarında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Şəki-Zaqatala regionunun ekoloji, iqtisadi və sosial problemləri” adlı layihə çərçivəsində tədbirlər keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə layihə rəhbəri Hafiz Əzəmmədov təlim iştirakçılarına bölgənin ekoloji, iqtisadi və sosial problemləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu gün ətraf mühitin mühafizəsi məsələsində dünya ölkələrini beynəlxalq əməkdaşlığı genişləndirməyə məcbur edən ekoloji problemlərlə yanaşı, hər bir xalqın qarşılaşdığı və daha çox özünün həll etməli olduğu problemlər də kifayət qədərdir. Dünyanın bir çox ölkələrində əhali sayının sürətli artımı, sənayeləşmə və urbanizasiya təbii mühitin başlıca qida elementləri olan hava, su və torpağın çirkləndirilməsi kimi qiymətləndirilən bir sıra mənfi halları doğurub. Bundan başqa, insanlar təbii resurslardan istifadə zamanı ekoloji cəhətdən təmiz texnologiyalardan yararlanmadıqları üçün təbii sərvətlərdən istifadə məsələsində də yenə problemlərlə qarşı-qarşıya qalıblar. Sənaye müəssisələrinin, yaşayış yerlərinin məhsuldar torpaq sahələrində salınması, kənd təsərrüfatı işlərində gübrə və dərmanlardan ifrat dərəcədə istifadə olunması əkinəyararlı sahələrin yararsız hala düşməsinə gətirib çıxarır.

Bildirilib ki, müasir dövrdə iqtisadiyyatın sürətlə inkişafı mürəkkəb ekoloji problemlər yaradır. Odur ki, ətraf mühitdə tarazlığın pozulmasını doğuran səbəbləri aşkar edib, onların aradan qaldırılması günün ən aktual məsələlərindəndir.

Tədbirlərdə Balakən, Zaqatala və Qax rayonundan olan fəal gənclər iştirak ediblər.

Çıxışlarda layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumat verilib.

İştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitablar paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.