REGİONLAR


Şəki ərazisində Kiş çayı üzərindəki körpünün bərpası işlərinə başlanılıb VİDEO

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası ilə bağlı tikinti işlərinə başlanılıb.

Tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, eni isə 11 metrdir.

Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız bir aşırımlı (81 metr) inşa ediləcək və çay yatağından hündürlüyü 7 metr olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq.

Bundan başqa, çayda su axınının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.