REGİONLAR


Şəki məzunlarından 675 nəfər tələbə adını qazanıb

A+ A

Şəki, 31 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəkinin tam orta məktəblərinin məzunları ənənələrə sadiq qalaraq, ali məktəblərə builki qəbul imtahanlarında da yüksək nəticələr əldə ediblər. Ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1098 şəkili məzundan 675 nəfər tələbə adını qazanıb.

Bu barədə AZƏRTAC-a Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Qəbul imtahanlarında məzunlardan 158 nəfəri 500-dən, o cümlədən 62 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

Builki qəbul imtahanlarında Şəki şəhər 7 və Kiş kənd 1 nömrəli tam orta məktəblərin məzunları Nigar Abdurahmanova və Babək Feyzullayev hamıdan çox – 690 bal toplayaraq, müvafiq olaraq Azərbaycan Tibb Universitetinə və Bakı Ali Neft Məktəbinə daxil olublar. Şəki şəhər 20 nömrəli tam orta məktəbin məzunu Gülşən İsmayılzadə isə qəbul imtahanlarında 681 bal toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.