REGİONLAR
Şəki sakinləri Aşura günü ilə əlaqədar qan veriblər
Şəki, 12 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Aşura günü ilə bağlı oktyabrın 12-də Şəki şəhərindəki “İmam Əli” məscidində könüllü qanvermə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bu xeyirxah aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədi daşıyır.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiyada dindarlar və rayon sakinləri fəallıq göstəriblər. Regional bölmənin müdiri Qorxmaz İbrahimxəlilovun verdiyi məlumata görə, saat 16-dək 57 nəfər könüllü qan verib.
Günün sonunadək davam edəcək aksiya zamanı toplanan qan müayinədən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]