REGİONLAR


Şəki və Kolmar şəhərləri arasındakı əməkdaşlıq uğurla davam edir VİDEO

A+ A

Kolmar, 26 noyabr, AZƏRTAC

Şəki şəhərinin nümayəndə heyəti Fransanın Kolmar şəhərində səfərdədir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti iki şəhər arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində təşkil edilmiş səfər zamanı mövcud münasibətlərin daha da genişləndirilməsi məqsədi ilə bir sıra görüşlər keçirib.

Turizm bürosunda keçirilən görüşdə ölkəmizin bu sahədəki potensialına toxunulub, bu istiqamətdə təcrübə mübadiləsi nəzərdən keçirilib. Nümayəndə heyətinin üzvləri un məmulatları müəssisəsində, şərabçılıq zavodunda istehsal təcrübəsi ilə tanış olublar. Həmçinin qarşılıqlı mütəxəssis mübadiləsi məsələsi də müzakirə edilib.

Görüşlərdə dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmi vurğulanıb. Eyni zamanda, görüşlər və təcrübə mübadilələri vasitəsilə mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Dostluq və əməkdaşlıq xartiyasının əhəmiyyətinə toxunulub, onun iki ölkə arasındakı münasibətlərə də töhfə verəcəyinə əminlik ifadə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Kolmarda ənənəvi Milad bayramı bazarının açılışında iştirak edib.

Açılış mərasimində Kolmar şəhərinin meri Jilber Meyer Azərbaycan ilə əlaqələrdən danışıb, Şəki nümayəndə heyətinin səfərini yüksək qiymətləndirib.

Xatırladaq ki, iki şəhər arasında 2015-ci il mayın 20-də Şəkidə, həmin ilin noyabrın 20-də isə Kolmarda dostluq və əməkdaşlıq xartiyası imzalanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kolmar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.