MƏDƏNİYYƏT


Şəki və Oğuz rayonlarının incəsənət nümunələri Bakıda təqdim olunub

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında avqustun 25-də Şəki və Oğuz rayonlarının incəsənət nümunələri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şəki rayonunu təmsil edən Ələfsər Şəkili adına “Zurnaçılar” ansamblı, “Muğam üçlüyü” və Oğuz rayonunun “Bayram” zurnaçılar ansamblı konsert proqramı ilə çıxış ediblər.

Tədbir çərçivəsində qeyd olunan rayonlarda yaşayan sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub. Sərgidə Şəki rayonundan 250, Oğuz rayonundan isə 80-dək sənət əsəri nümayiş edilib.

Avqustun 29-dək davam edəcək sərgi-yarmarkanın təşkil olunmasında məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri və folklor kollektivlərini üzə çıxarmaqla yanaşı, onları paytaxt sakinləri və şəhərimizin qonaqlarına təqdim etməkdən ibarətdir.

Sərgi-yarmarka paytaxtın sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bundan əvvəl Nizami küçəsindəki təsviri sənət məkanında Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.