REGİONLAR
Şəkidə 35 min hektardan çox taxıl zəmisi biçilib
Şəki, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 66 min hektardan çox sahənin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda rayonun təsərrüfatlarında taxıl biçini sürətlə davam etdirilir. Bu günədək 35 min hektardan çox zəminin məhsulu biçilib, 77 min 200 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 21,9 sentner təşkil edir. Tədarük olunan taxılın 42 min 236 tonu buğda, 34 min 961 tonu arpadır.
Bu barədə AZƏRTAC-a Şəki Şəhər İcra Hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Hələlik zəmilərdə məhsul boldur. Şəkili fermerlər qalan məhsulun da sahələrdən tez və itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]