REGİONLAR


Şəkidə Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə olunub

A+ A

Şəki, 22 noyabr, AZƏRTAC

Azərbaycanda Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən tədbirlərin əsas hədəfi vətəndaşların qərarların qəbulu prosesinə daha geniş cəlb olunmasına, onların dövlət orqanlarının fəaliyyəti barədə daha asan məlumat əldə edə bilməsinə, hesabatlılıq və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsinə nail olmaqdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə noyabrın 22-də Şəkidə keçirilən Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının fəaliyyətinə həsr olunan məlumatlandırma tədbirində səsləndirilib.

Yerli dövlət qurumları və QHT təmsilçilərinin, gənclərin iştirak etdiyi tədbirdə Platformanın koordinatoru Əliməmməd Nuriyev çıxış edərək, Azərbaycanda Açıq Hökumətin təşviqi ilə bağlı görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib. Bildirilib ki, Platformanın yaradılması Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündən irəli gələn islahatların həyata keçirilməsinə, bu islahatlara ictimai etimadın artırılmasına yardım göstərməyə imkan verəcək.

Ə.Nuriyev çıxışında, həmçinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsinin nəticələri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Vurğulanıb ki, vətəndaşların Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən işlərdə fəal iştirakı mühüm əhəmiyyətə malikdir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.